Bakıda mənzildən İran vətəndaşının meyiti tapılıb. Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakıxanov küçəsi 4 ünvanında yerləşən evdə yaşayan İran İslam Respublikasının vətəndaşı, 1958-ci il təvəllüdlü Zərgəran Nasir Qlamhüseyn oğlunun üzərində zorakılıq əlamətləri olmayan meyiti tapılıb. Ölüm faktı ilə bağlı müvafiq ekspertizalar təyin edilib.
Bildirilir ki, 55 yaşlı N.Zərgəran həmin evdə kirayə yaşayırmış. Onun Bakıda hansı fəaliyyətlə məşğul olması ilə bağlı məlumat verilməyib.