Bakıda İran səfirliyinin avtomobilini vurdular
17 fevral 2014 14:39 (UTC +04:00)

Bakıda İran səfirliyinin avtomobilini vurdular

Bakıda İran İslam Respublikasının səfirliyinə məxsus avtomobil vurulub. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, metronun “İçərişəhər” stansiyasının yaxınlığında, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin qarşısında naməlum avtomobil səfirliyə məxsus “Kia” markalı avtomobili vurub. Səfirliyin təsərrüfat şöbəsinin müdiri Məhəmmədyusif Ahəngaha məxsus “Kia” markalı avtomobil qəza nəticəsində əzilib və piyadalar üçün səkinin üstünə düşüb.

 

Faktla bağlı araşdırmalar aparılır.

# 920
avatar

Nizam Rza

Oxşar yazılar