Bakı şəhərində iki qardaş bıçaqlanıb. Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, martın 10-da Binə qəsəbə sakini Ramin Məmmədov mübahisə zəminində bıçaqla Qafur Qurbanova və onun qardaşı Nizamiyə xəsarət yetirib. Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən R. Məmmədov tutulub.
Araşdırmalar aparılır.