Bakıda I qrup əlil özünü öldürüb
06 mart 2014 12:46 (UTC +04:00)

Bakıda I qrup əlil özünü öldürüb

0

Bakıda daha bir intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Qaradağ rayonu Qobustan qəsəbə sakini, 1960-cı il təvəllüdlü Salmanov Hacıhəsən Ağasən oğlu özünü zəhərləyərək intihar edib. H.Salmanov yaşadığı mənzildə xeyli sirkə turşusu içib. Ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilən 54 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, intihar edən şəxs birinci qrup əlildir.

 

Faktla bağlı cinayət işi açılıb, intiharın səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3655

Oxşar yazılar