İyulun 1-də Bakıda ruhi xəstə intihara cəhd edib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəsimi rayonu C.Məmmədquluzadə küçəsində Ağdaş rayon sakini, ruhi xəstə Mehdi Musayev özünü Hərbi Hospitalın Terapiya şöbəsinin inzibati binasının damından atmağa cəhd göstərib. Cəhdin qarşısı Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən alınıb.
Araşdırmalar aparılır.