Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İstintaq təcridxanasında nikah mərasimi keçirilib. Lent.az-ın Pentensiar xidmətin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs, Türkiyə Respublikasının vətəndaşı Sümer Yaşar Yücel ilə Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayon sakini Osmanova Dilşad Osman qızının nikahları bağlanılıb.
Nikah Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin Bakı Nikah evinin əməkdaşı Kəmalə Tağıyeva tərəfindən qeydə alınıb.
Sümer Yaşar Yücel Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2; 309.2-ci maddələri ilə təqsirli bilinərək həbs edilib.