Bakıda həbs edilmiş qadının çoxlu cinayəti üzə çıxdı
28 sentyabr 2015 11:55 (UTC +04:00)

Bakıda həbs edilmiş qadının çoxlu cinayəti üzə çıxdı

Bakıda polis tərəfindən saxlanılan qadının xeyli cinayət əməli üzə çıxıb. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Bakı şəhər BPİ CAİ, Nizami RPİ CAŞ və 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 4-də, Q.Qarayev prospektində yerləşən mağazada Bakı şəhər sakinləri - Səbinə Bəşirovanın, Tükəzban Yusubovanın mobil telefonlarını və Ruqaya Kazımovanın içərisində pul, iki ədəd mobil telefon olan əl çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Viktoriya Kotlyar yaxalanıb. Araşdırma zamanı onun digər cinayətlərinin də üstü açılıb. Belə ki, o, aprelin 7-də B.Nuriyev küçəsində yerləşən ticarət mərkəzində Rəfael Babayevin pencəyinin cibindən 1300 manat, sentyabrın 14-də Q.Qarayev prospektində yerləşən ticarət mərkəzində Atifa Finuninin əl çantasından içərisində 480 manat, metro kartı olan pul kisəsini, sentyabrın 14-də Pərvanə Əmirovanın, sentyabrın 22-də Gülşən Həşimovanın əl çantasından pul və sənədləri oğurlayıb.

 

Araşdırmalar davam etdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 112
avatar

Oxşar yazılar