Bakıda meyiti yanmış şəkildə tapılan şəxsin qətlə yetirildiyi məlum olub. Lent.az-ın məlumatına görə, yanvarın 24-də saat 07 radələrində Nərimanov rayonu A.Neymətulla küçəsindəki avtodayanacağın gözətçi otağında yanğın baş verib. Yanğın söndürüldükdən sonra oranın gözətçisi Mikayıl Əsədovun üzərində bıçaq xəsarətləri olan yanmış meyiti tapılıb. Qətlin kim tərəfindən, hansı şəraitdə və hansı səbəbdən törədildiyi məlum deyil. Nərimanov RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
*****
24 yanvar 9:44
Bu gün Bakı şəhərinin Nərimanov rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 4 kv.m olan daş konstruksiyalardan ibarət gözətçi köşkünün içərisindəki əşyalar yanıb. Yanğının kəşfiyyatı zamanı gözətçinin yanmış meyiti aşkar olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Yanğın saat 06:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.