Bakıda gözdən əlilin qanını tökən şəxs tutuldu
02 noyabr 2017 12:00 (UTC +04:00)

Bakıda gözdən əlilin qanını tökən şəxs tutuldu

Bakıda bıçaqlanma hadisəsi baş verib. Lent.az xəbər verir ki, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində yaşayan 1978-ci il təvəllüdlü Quliyev Elmar Zülfüqar oğlu yaşadığı evdən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib. O, əvvəlcə deyib ki, kök təmizləyərkən ehtiyatsızlıqdan bıçaqla qarın nahiyəsinə xəsarət yetirib. Lakin sonrakı araşdırmalar zamanı məlum olub ki, E.Quliyevi qonşusu olan Əli adlı şəxs bıçaqlayıb. Həmin şəxs tutularaq istintaqa təhvil verilib.

 

 

Qeyd edək ki, E.Quliyev gözdən əlildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 330

Oxşar yazılar