Özünü binadan atmaq istəyən gənc qızın kimliyi və intihar səbəbi məlum oldu - <span style="color:red;">YENİLƏNİB
17 mart 2014 19:25 (UTC +04:00)

Özünü binadan atmaq istəyən gənc qızın kimliyi və intihar səbəbi məlum oldu - YENİLƏNİB

0
Bakıda çoxmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyən şəxsin kimliyi məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, həmin şəxs 1994-cü il təvəllüdlü Bəturə Məlikovadır.

 

Onun sevgilisi ilə aralarında olan münasibətə görə intihar etmək istədiyi bildirilir.

 

***

18.58

Bakıda 20 mərtəbəli binanın damına çıxaraq özünü atmaq istəyən gənc qızın həyatı xilas edilib. Lent.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, həmin şəxslə psixoloji söhbət aparılıb və o intihar fikrindən daşındırılıb. Hazırda gənc qızın şəxsiyyəti və onun addımının səbəbləri araşdırılır.

 

 

*****

 

18:08

 

 

Bakı şəhərinin Nəsimi rayonu ərazisində gənc qız çoxmərtəbəli binanın üstünə çıxaraq intihara cəhd edir. Lent.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, metronun “28 May” stansiyası ilə üzbəüz, Fikrət Əmirov küçəsində yerləşən 20 mərtəbəli binanın damına çıxan qızın şəxsiyyəti hələlik dəqiqləşməyib. Hadisə yerinə gələn xilasedicilər onu dilə tutmağa çalışır.

 

Hazırda hadisə yerində polis və xilasedicilər iş aparır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5820

Oxşar yazılar