Sentyabrın 26-na keçən gecə saat 03 radələrində Bakı şəhərinin Yasamal rayonu ərazisində gənc qıza ağır xəsarət yetirilib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Sabunçu rayonunun Pirşağı qəsəbə sakini olan 1989-cu il təvəllüdlü Dadaşova Pərvanə Azad qızı boğaz nahiyəsindəki kəsilmiş-deşilmiş xəsarətlər Kliniki Tibbi Mərkəzə gətirilib. Gənc qızın Yasamal rayonu Şərifzadə küçəsi ev 37A-nın qarşısında bıçaqlandığı məlum olub.
Hazırda faktla əlaqədar əməliyyat-axtarış tədbirləri aparılır. P.Dadaşovanın boğazının kimin kəsdiyi hələlik məlum deyil.