Bakıda gecə klubunda polislərin qanını tökdülər -<span style="color:red;">YENİLƏNİB
17 fevral 2014 17:16 (UTC +04:00)

Bakıda gecə klubunda polislərin qanını tökdülər -YENİLƏNİB

Bakıda gecə klubunda baş verən kütləvi dava ilə əlaqədar ikisi tələbə olmaqla, dörd nəfər tutulub. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, keçirilən əməliyyat - axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinənlər, Bakı şəhər sakinləri, Anadolu Universitetinin 3-cü kurs tələbəsi, 1990-cı il təvəllüdlü Mahmud Yusif oğlu Qurbanlı, Azərbaycan Dövlət  Bədən Tərbiyə Akademiyasının Boks fakültəsinin 4-cü kurs tələbəsi, 1993-cü il təvəllüdlü Ramiq Tofiq oğlu Ələsgərov, 1991-ci il təvəllüdlü Vasif Dindar oğlu Musayev və 1985-ci il təvəllüdlü Firat Qurban oğlu Qurbanov saxlanılıblar.

 

****

 

10:37

 

 

Bakının mərkəzində yerləşən gecə klubunda kütləvi dava olub.Lent.az-ın məlumatına görə, gecə saat 03:40 radələrində , Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin təhqiqatçısı, polis leytenantı 1990-cı il təvəllüdlü Hadıyev Nicat Nizaməddin oğlu bud, Nizami RPİ-nin kiçik əməliyyat müvəkkili, 1990-cı il təvəllüdlü Həsənov Tural Əliməmməd oğlu bud və qarın  və 1989-cu il təvəllüdlü  Xalid Məmmədov  qarın nahiyəsindən aldığı ağır bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 


Məlum olub ki, hər üç şəxs Mikayıl Müşfiq küçəsi 4 ünvanında yerləşən “502” gecə klubunda baş vermiş kütləvi dava-dalaş zamanı bıçaqlanıb.

 

Hadisənin digər iştirakçıları 1993-cü il təvəllüdlü Qurbanlı Mahmud Yusif oğlu , 1991-ci il təvəllüdlü Musayev Vasif İlqar oğlu , 1985-ci il təvəllüdlü Qurbanov Firat Qurban oğlu və 1990-cı il təvəllüdlü Ələsgərov Ramin Tofiq oğlu müəyyənləşdirilib.

 

Faktla bağlı Səbail RPİ-də cinayət işi açılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14281
avatar

Nizam Rza

Oxşar yazılar