Bakıda əxlaqsızlıq yuvası təşkil edən daha bir şəxs saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Lətafət Cəfərova gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi faktı müəyyən edilib. L.Cəfərova fakta görə saxlanılıb.
Araşdırmalar davam etdirilir.