Bakıda faciəvi qəza: <span style="color:red;">13 yaşlı oğlan öldü  - YENİLƏNİB
15 noyabr 2016 10:23 (UTC +04:00)

Bakıda faciəvi qəza: 13 yaşlı oğlan öldü - YENİLƏNİB

 

Dünən axşam saatlarında Bakıda yük maşınının vurub öldürdüyü uşağın şəxsiyyəti müəyyənləşib. Lent.az-ın əldə etdiyi məlumata görə, Maştağa qəsəbəsində "Shacman" markalı yük maşınının altında qalaraq vəfat edən yeniyetmənin qəsəbə sakini, 2003-cü il təvəllüdlü Eyvazov Sakit Səid oğlu olduğu müəyyən edilib.

 

Qeyd edək ki, 13 yaşlı oğlan hadisə yerindəcə keçinib.

 

Araşdırma aparılır.

 

*****

 

10:06

 

Bakıda 13 yaşlı oğlanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, dünən saat 17 radələrində Maştağa qəsəbəsində “Shacman” markalı, 90 UA 609 dövlət qeydiyyat nişanlı yük maşını 2003-cü il təvəllüdlü oğlanı vurub. Piyadanın həyatını xilas etmək mümkün olmayıb.

 

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 206
avatar

Nizam Rza

Oxşar yazılar