Bakının Xəzər rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Buzovna-Mərdəkan yolunda İlyasov Əsədulla Feyzulla oğlu idarə etdiyi “Opel Astra” markalı avtomobillə Gürcüstan vətəndaşı, 1985-ci il təvəllüdlü Tağıyeva Lalaxanım Tahir qızını vurub. 28 yaşlı qız ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla əlaqədar araşdırmalar aparılır, ekspertizalar təyin edilib.