Bakıda faciə: atasına sovqat gətirən oğul öldü
01 aprel 2013 13:18 (UTC +04:00)

Bakıda faciə: atasına sovqat gətirən oğul öldü

0

Martın 31-də saat 04.00 radələrində Bakı şəhərinin Suraxanı rayonu ərazisində ölümlə nəticələnən partlayış hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Hovsan qəsəbəsi Quşçuluq sovxozunun ərazisində "Səma" firması tərəfindən icarəyə götürülmüş oksigen doldurma emalatxanasında qaz sızmasından partlayış baş verib. Nəticədə nəzarətçi otağının pəncərə şüşələri sınıb, oranın nəzarətçisi Hüseyn Hüseynovun yanına sovqat gətirmiş oğlu Rauf hadisə yerində ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2859

Oxşar yazılar