Bakıda mənzildən xeyli pul və qızıl oğurlanıb. Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Ramanı qəsəbə sakini Əli Məhəmməd oğlu Əsgərov evində baş vermiş hadisə ilə bağlı müraciət edib. Ə. Əsgərov bildirib ki, evdə olmadığı müddətdə naməlum şəxs və ya şəxslər pəncərənin dəmir barmaqlıqlarını sındıraraq mənzilə daxil olub. Evdən 3500 manat nağd pul, xeyli qızıl əşyası və noutbuk aparılıb.
Faktla bağlı araşdırmalar aparılır.