Bakıda əsgər anası intihar edib
27 mart 2014 11:05 (UTC +04:00)

Bakıda əsgər anası intihar edib

0

Bakıda intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 18 ünvanındakı nömrəsiz evdə yaşayan 1970-ci il təvəllüdlü Cənnatalıyeva Nəzakət Rafael qızı özünü asaraq intihar edib.

 

Bildirilir ki, qadın həyat yoldaşını işə yola salandan az sonra həyatına qəsd edib. Onun oğlu Gəncədəki hərbi hissələrdən birində xidmət edir.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6623

Oxşar yazılar