Bu gün saat 02:30 radələrində Bakı şəhərinin Səbail rayonu ərazisində ikinci qrup əlilə qarşı soyğunçuluq edilib. Rayon polis İdarəsindən Lent.az-a verilən məlumata görə, özbək əsilli, 1946-cı il təvəllüdlü Yoldaş Köməkov tanımadığı şəxsin hücumuna məruz qalıb.
Polisə müraciət edən ikinci qrup əlil Y.Köməkov bildirib ki, Bayıl qəsəbəsində, yaşadığı evin yaxınlığındakı marketdə alış-veriş edib. Marketi tərk etdikdən sonra tanımadığı şəxs ona yaxınlaşıb və zor tətbiq edərək içində 170 manat pul və şəxsiyyət vəsiqəsi olan pul qabını ondan alıb. Y.Köməkov qeyd edib ki, soyğunçuluq edən adamı marketdə görübmüş.
Faktla bağlı araşdırmalar aparılır.