Bakı şəhərinin Xəzər rayonu ərazisində naməlum kişi meyiti tapılıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Şüvəlan qəsəbəsi, Əli Qarayev küçəsində yerləşən elektrik transformatorunun içində yaşlı kişi meyitinin olması barədə məlumat daxil olub. Qeyd olunan yerə baxış keçirilərkən transformatorun içində 50-60 yaşlı kişinin meyitinin olması təsdiqlənib. Meyit aidiyyatı üzrə təhvil verilib.
İlkin məlumata görə, ölən şəxs küçədə yaşayıb, tüfeyli həyat tərzi keçirən adam olub. Onun gecə saatlarında soyuqdan qorunmaq üçün transformatorun içinə girdiyi ehtimal olunur.
Hazırda həmin şəxsin öz əcəli ilə, elektrik cərəyanı vurmasından və ya digər səbəbdən ölməsi araşdırılır.