Bakıda əfqanıstanlı gənci qanına qəltan elədilər
19 mart 2014 11:40 (UTC +04:00)

Bakıda əfqanıstanlı gənci qanına qəltan elədilər

Bakıda xarici ölkə vətəndaşı bıçaqlanıb. Nizami rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Qara Qarayev prospekti 36 ünvanının qarşısında Əfqanıstan vətəndaşı, 1989-cı il təvəllüdlü Cansultanlı Cəlal Saməli oğlu bıçaqlanıb. O ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

 

Bildirilir ki, bıçaqlanan Əfqanıstan vətəndaşı metronun “Neftçilər” stansiyası yaxınlığında kirayə yaşayır. Onu bıçaqlayan şəxs və ya şəxslərin müəyyən edilərək yaxalanması istiqamətində iş aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1045
avatar

Nizam Rza

Oxşar yazılar