Bakıda əcnəbi vətəndaşları soyan dəstə üzvləri ələ keçirilib
26 oktyabr 2015 13:03 (UTC +04:00)

Bakıda əcnəbi vətəndaşları soyan dəstə üzvləri ələ keçirilib

0

 

Bakıda əcnəbi vətəndaşlara qarşı quldurluq edən cinayətkar dəstə ələ keçirilib.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə,  oktyabrın 19-da Rusiya Federasiyası vətəndaşı Georgiy Rostovşikovun içərisində 250 manat, 200 avro və 100 dollar, habelə mobil telefon olan çantasını soyğunçuluq yolu ilə almış Balakən rayon sakini Yadigar Qurbanov, Qəbələ rayon sakini Vasif Musayev və Sabirabad rayon sakini Bəhruz Məmmədov tutulublar. Aparılan əməliyyat tədbirləri ilə onların oktyabrın 25-də Səbail rayonu ərazisində “Bredro SHOK” neft şirkətinin mühəndisi, Hindistan vətəndaşı Vishal Kiron Sammeli bıçaqla hədələyib 50 manatını, sürücülük vəsiqəsini və 2 ədəd bankomat kartını almaları da müəyyən edilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 269

Oxşar yazılar