Bakıda “SNN Express”in əməkdaşı amansızlıqla öldürüldü - YENİLƏNİB
18 dekabr 2013 12:10 (UTC +04:00)

Bakıda “SNN Express”in əməkdaşı amansızlıqla öldürüldü - YENİLƏNİB

Dekabrın 17-nə keçən gecə Sabunçu rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Lent.az-ın məlumatına görə, 52 yaşlı Məmmədvəli Məmmədovun qətli ilə bağlı hələlik saxlanılan yoxdur. Qətlə yetirilən M.Məmmədovun kimliyinə gəlincə, onun Bakıda fəaliyyət göstərən və sürətli poçt xidmətləri göstərən “SNN Express” şirkətində çalışdığı məlum olub. Bildirilir ki, M.Məmmədov həmin firmada kuryer işləyirmiş.

 

Hazırda araşdırmalar davam etdirilir. M.Məmmədoun kim tərəfindən, nə səbəbə qətlə yetirilməsini müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.

 

*****

 

17.12.2013 / 11:57

 

 

Bakının Sabunçu rayonu ərazisində qətl hadisəsi törədilib. Dəmir Yol Nəqliyyatında Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 1961-ci il təvəllüdlü Məmmədov Məmmədvəli Əziz oğlu Sabunçuda dəmir yolu xəttinin üzərində çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib. Hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Lent.az-ın məlumatına görə, bıçaqlanan M.Məmmədov ağır vəziyyətdə ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya aparılıb. Lakin 52 yaşlı kişi yolda keçinib.

 

Faktla bağlı cinayət işi açılıb. Qətli törədən şəxsin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4349
avatar

Nizam Rza

Oxşar yazılar