Bakıda dəhşətli qəza: 3 ölü
29 aprel 2013 10:48 (UTC +04:00)

Bakıda dəhşətli qəza: 3 ölü

Bakıda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə,  “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda “VAZ” və “RENO” markalı 2 minik avtomobili toqquşub. FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 3 nəfər qəzada ölüb. FHN-in xilasediciləri deformasiyaya uğrayan avtomobildən meyiti çıxararaq ailələrinə təhvil veriblər. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1395
avatar

Oxşar yazılar