Avqustun 21-nə keçən gecə Bakı şəhərinin Xəzər rayonu ərazisində dəhşətli hadisə baş verib. Lent.az-ın məlumatına görə, Şüvəlan qəsəbəsindəki bağ massivində Əliyev Rasim Məcnun oğluna məxsus fərdi yaşayış evinin tikintisi zamanı iri dəmir qəliblər ustaların üstünə aşıb. Nəticədə orada işləyən Sabirabad rayon sakini Hüseynov Emin Əlimran oğlu hadisə yerindəcə keçinib. Türkiyə Respublikasının vətəndaşları MustafaTaşkıran və Talkan Çelik isə ağır bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Yaralıların vəziyyəti ağırdır.
Faktla əlaqədar Xəzər rayonunun hüquq-mühafizə orqanları araşdırmalar aparır.