Bakıda qızını zorlayan kişinin işi necə oldu? - YENİLƏNİB 2
14 noyabr 2013 15:59 (UTC +04:00)

Bakıda qızını zorlayan kişinin işi necə oldu? - YENİLƏNİB 2

Bakı şəhərinin Suraxanı rayonu ərazisində 53 yaşlı kişinin doğma qızını zorlaması ilə bağlı hüquq-mühafizə orqanlarına daxil olan müraciətdən sonra araşdırmalar davam etdirilir. Lent.az-ın əldə etdiyi məlumata görə, Hövsan qəsəbə sakini 21 yaşlı A.S-nın atasının onunla zorla cinsi əlaqədə olmasını bildirməsi və gizli kamera vasitəsi ilə çəkilmiş video-kadrlardan sonra ilk olaraq psixoloji ekspertiza təyin edilib. Gənc qız ekspertizadan keçirilib. Bu ekspertiza nəticəsində 21 yaşlı A.S-nın ruhi-psixoloji durumu müəyyənləşəcək və əgər onun normal psixoloji vəziyyəti, videoların çəkilməsi və atasına qarşı münasibətdə anlaşıqlı vəziyyətdə olub-olmaması müəyyənləşməlidir. Məhz ekspertlərin verəcəyi rəydən sonra gənc qızın atasına qarşı iddiaları, təqdim edilmiş görüntülər əsasında müvafiq addımlar atılacaq.

 

Qeyd edək ki, 21 yaşlı qız məsələni ictimailəşdirdikdən, video-kadrları ailə üzvlərinə göstərdikdən sonra 53 yaşlı kişi evi tərk edib və bir daha geri qayıtmayıb.

 

Onu da qeyd edək ki, bir neçə gün əvvəl KİV-də 53 yaşlı M.S-nın yaxalanması və təcridxanaya göndərilməsi barədə yanlış məlumat yayılmışdı.

 

 

05.11.2013 / 17:22

Video olayından sonra yoxa çıxan kişidən xəbər yoxdur

 

 

 

Bir neçə gün əvvəl Bakıda kişinin öz qızını zorlaması olayı müxtəlif KİV-lərdə geniş işıqlandırılıb. Lent.az-ın məlumatına görə, Suraxanı rayon sakini, 21 yaşlı A.S-nın atasının onu zorla cinsi əlaqəyə məcbur etməsini əks etdirən video-kadrları ailə üzvlərinə, həmçinin prokurorluğa təqdim etməsindən sonra evdən qaçan 53 yaşlı M.S-dan hələ də, xəbər yoxdur. M.S baş verənlərin ictimailəşməsindən sonra, təxminən bir həftə əvvəl evdən gedib və kimləsə əlaqə saxlamayıb.

 

Lent.az-ın əldə etdiyi məlumata görə, 21 yaşlı qızın təqdim etdiyi video-kadrlar ekspertizaya göndərilib. Qızını zorlamış kişi barəsində isə hələlik axtarış elan edilməyib. Onun ölkədən çıxmasına da qadağa qoyulmayıb. Bütün bunlar ekspertlərin verəcəyi rəydən sonra bəlli olacaq.

 

 

*****

 

01.11.2013 / 15:46

 

 

 

Bakı şəhərinin Suraxanı rayonu ərazisində tükürpədici hadisə baş verib. Lent.az-ın vesti.az-a istinadən məlumatına görə, Suraxanı qəsəbəsində yaşayan 53 yaşlı kişi dəfələrlə 21 yaşlı qızı ilə cinsi əlaqədə olub. Gənc qız atasının ona etdikləri və cinsi əlaqədə olması barədə anasına bildirsə də, anası buna inanmayıb. Buna görə də, o riskli addım atmağa məcbur olub və atasının onunla necə cinsi əlaqədə olmasını lentə almağa qərar verib.

 

Bundan sonra 21 yaşlı qız video-kadrları anasına və bacısına göstərib. İfşa olunan kişi evdən gedib və geri qayıtmayıb.

 

Gənc qız video-kadrların olduğu diski hüquq mühafizə orqanlarına təqdim edib. Hazırda məsələ ilə bağlı araşdırmalar davam etdirilir.

# 38356
avatar

Nizam Rza

Oxşar yazılar