Bakıda daha bir silahlı insident
06 fevral 2013 10:51 (UTC +04:00)

Bakıda daha bir silahlı insident

 

Bakıda daha bir silahlı insident baş verib. Nizami rayon Polis Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Əlişir Nəvai küçəsi, 1 A ünvanında yerləşən “Sürücü” kafesində paytaxt sakini 1975-ci il təvəllüdlü Əhmədov Elşən Əhməd oğlu “Vinçester” markalı tüfənglə havaya bir neçə atəş açıb. E.Əhmədovun məqsədi kafenin sahibi A.Hüseynovdan hədə qorxu yolu ilə pul almaq olub. Insidentin qarşısı qan tökülmədən alınıb.

 

Hazırda faktla əlaqədar araşdırmalar aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2089
avatar

Nizam Rza

Oxşar yazılar