Bakıda daha bir avtobus - Rüsvayçılığı
22 iyul 2014 17:03 (UTC +04:00)

Bakıda daha bir avtobus - Rüsvayçılığı

Son vaxtlar Azərbaycan mətbuatında avtobus sürücüləri tərəfindən yol verilən kobud qayda pozuntuları və bunun nəticəsində baş verən qəzalar haqqında kifayət qədər materiallar dərc olunur. Müvafiq qurumlar və Nəqliyyat Nazirliyinin həmin avtobuslarla bağlı heç bir ölçü götürməməsi bu kimi halların davam etməsinə şərait yaradır.

 

Lent.az-ın məlumatına görə, bu gün qafqazinfo-nun əmənkdaşı 24 nömrəli avtobus sürücüsü tərəfindən yolda törədilən kobud qayda pozuntusunun fotolarını lentə alıb. Hadisə Ağa Nemətulla küçəsində Heydər Əliyev prospektinin altından keçən tuneldə qeydə alınıb. Fotolardan aydın görünür ki, içi sərnişinlə dolu olan avtobus qarşı hərəkət istiqamətinə çıxaraq irəliləmək istəyib. Bu da əks istiqamətdə hərəkət edən avtomobillərin dayanmasına və tıxaca səbəb olub. Avtobus sürücüsünün bu hərəkəti digər sürücülər tərəfindən etirazla qarşılanıb. Onlar maşından düşərək avtobus sürücüsünə əsəbi etirazlarını bildiriblər. Lakin sürücü heç nəyi vecinə almadan hərəkətinə davam edib. 

Həmin fotoları təqdim edirik:

# 3578
avatar

Oxşar yazılar