Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda mənzildə termometrin sınması ilə bağlı müraciət daxil olub. Lent.az nazirliyin saytına istindən xəbər verir ki, cihazın sınması nəticəsində onun daxilindəki civə ətrafa dağılıb. Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib.
Əməliyyat saat 12:00-da başa çatıb.