Bakıda cəzaçəkmə müəssisəsində əsgər özünü güllələdi - YENİLƏNİB
13 yanvar 2014 11:06 (UTC +04:00)

Bakıda cəzaçəkmə müəssisəsində əsgər özünü güllələdi - YENİLƏNİB

Yanvarın 12-də Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayının əsgəri, 2013-cü ilin iyul ayında Beyləqan rayonundan müddətli həqiqi hərbi xidmətə çağırılmış, 1990-cı il təvəllüdlü sıravi Rzayev Coşqun Elşad oğlu xidmət apardığı keşikçi postunda növbədə tək olduğu vaxt özünü güllələyib. Lent.az-ın Penitensiar Xidmətin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əsgər tək olarkən saat 19.10 radələrində ona təhkim olunmuş avtomat silahından ilkin ehtimala görə ehtiyatsızlıqdan açılmış atəş nəticəsində xəsarət alıb.

 


Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb, lakin görülmüş tədbirlərə baxmayaraq əsgər aldığı ağır bədən xəsarətindən vəfat edib. Dərhal verilmiş məlumat əsasında hadisə yeri aidiyyəti üzrə Bakı şəhər Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən müayinə edilib. Fakt üzrə  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2615
avatar

Nizam Rza

Oxşar yazılar