Bakıda bizneslə məşğul olan qadının öldürülməsi ilə bağlı bəzi məqamlar aydın olub. Lent.az-ın əldə etdiyi məlumata görə, 48 yaşlı Nigar Sadıqovanın qətli ilə bağlı hüquq-mühafizə orqanlarına ilk olaraq onun həyat yoldaşı məlumat verib. N.Sadıqovanın əri bildirib ki, evə gəldikdə xanımının qətlə yetirildiyini və qapının açıq olduğunu görüb. O həmçinin qeyd edib ki, həyta yoldaşı ticarətlə məşğul olurmuş.
*****
10:13
Oktyabrın 24-də saat 19:40 radələrində Bakı şəhərinin Nəsimi rayonu ərazisində qətl hadisəsi törədilib. Lent. az-ın məlumatına görə, S. Rəhimov küçəsi ev 169, mənzil 1-də qeydiyyatla yaşayan 1965-ci il təvəllüdlü Sadıqova Nigar Məhərrəm qızının yaşadığı ünvanda meyiti tapılıb. Meyitin üzərinə baxış keçirilərkən onun naməlum şəxs və ya şəxslər tərəfindən başına küt (kərki) alət ilə vurularaq öldürüldüyü məlum olub.
Mənzildən 26000 manat və 5100 ABŞ dolları pul götürülüb.
N. Sadıqovanın biznes fəaliyyəti ilə məşğul olduğu bildirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.