Bakıda bir ailənin dəhşətli aqibəti - TƏFƏRRÜAT
21 fevral 2013 17:55 (UTC +04:00)

Bakıda bir ailənin dəhşətli aqibəti - TƏFƏRRÜAT

 

Fevralın 16-da Bakı şəhərinin Sabunçu rayonu ərazisində baş vermiş intihar hadisəsinin səbəbi məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Maştağa qəsəbə sakini 1968-ci il təvəllüdlü Mustafayev Mirdiyar Mirbağır oğlunun həyat yoldaşı 6 ay əvvəl xərçəng xəstəliyindən düynasını dəyişib. Bundan sonra 45 yaşlı M.Mustafayev depressiyaya düşüb. Maddi sıxıntılar çəkən Maştağa sakini daha sonra özünü də öldürmək qərarına gəlib. Övladları yaşadıqları evin tikilinin tavanından keçən dəmir borudan asılı vəziyyətdə qalmış atalarının meyitini görüncə sarsıntı keçiriblər.

 

Qeyd edək ki, intihar etmiş 45 yaşlı kişinin 3 uşağı qalıb. Uşaqlara bundan sonra babaları baxacaq.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanılmış işin istintaqı isə davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8057
avatar

Oxşar yazılar