Bakı şəhərinin Xəzər rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Şüvəlan qəsəbəsində Kərimova Dilbər İsmayıl qızına məxsus bağ evində təmir işləri aparan usta 1976-cı il təvəllüdlü Məmmədov Teymur Ağaməmməd oğlu hündürlükdən yıxılıb. O aldığı ağır xəsarətlərdən hadisə yerindəcə keçinib.
Faktla əlaqədar araşdırmalar aparılır.