Bakıda bağ evinə basqın edən maskalılar yaxalandı
10 sentyabr 2015 11:06 (UTC +04:00)

Bakıda bağ evinə basqın edən maskalılar yaxalandı

0

Bakıda quldurluq etmiş şəxslər tutulub. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Xəzər RPİ CAŞ  və 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da saat 04:20 radələrində Şüvalan qəsəbəsində 1946-cı il təvəllüdlü Şövkət Həşimova məxsus bağ evinə maskalanaraq daxil olan, vətəndaşa qarşı zor tətbiq etməklə quldurluq əməli törətməyə cəhd göstərməkdə şübhəli bilinən qəsəbə sakinləri – 1988-ci il təvəllüdlü Samid Tahirov, 1993-cü il təvəllüdlü Elnur Muradov və 1994-cü il təvəllüdlü Nahid Razıyev müəyyən olunaraq tutulub.

 

Araşdırmalar davam etdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 198

Oxşar yazılar