Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, aprelin 27-də Sabunçu rayonunun Nardaran qəsəbəsindəki bağ evlərindən birində usta işləyən Binə qəsəbə sakini Adil Babayevin üzərinə hasar uçub. O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar aparılır.