Bakının Xəzər rayonu ərazisində mənzilə girən oğru ev sahibini bıçaqlayıb. Xəzər rayon Polis İdarəsi 1-ci Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, Şüvəlan qəsəbəsi ərazisində 63 yaşlı Malik Həşimova məxsus bağ evi qarət olunub. Oğru evə pəncərədən daxil olub. Bu zaman evdə tək olan M.Həşimov qarətçiyə mane olmağa çalışıb. Lakin ev sahibini qarın nahiyəsindən bıçaqlayan naməlum şəxs mənzildə olan qiymətli əşyaları və pulu götürərək aradan çıxıb.
M.Həşimov 3 saylı şəhər xəstəxanasına yerləşdirilib, onun vəziyyətinin orta-ağır qiymətləndirilir.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri aparılır.