Bakıda iki nəfər bədbəxt hadisə nəticəsində ölüb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Albalılıq qəsəbəsində 4 yaşlı Ayan İbadova yaşadığı evin həyətində su hovuzuna düşərək boğulub.
Xəzər rayonunun Şağan qəsəbəsində isə qəsəbə sakini Xəqani Çələbiyev sərxoş vəziyyətdə yıxılıb. Xəstəxanaya yerləşdirilmiş X.Çələbiyevin həyatını xilas etmək mümkün olmayıb.
Hər iki faktla bağlı araşdırma aparılır.