Fevralın 4-ü saat 03.00 radələrində Bakıda baş vermiş ağır yol qəzası nəticəsində avtomobilində yanaraq ölən sürücünün kimliyi bəlli olub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, “Qaz 24” markalı maşında yanaraq dünyasını dəyişən şəxs paytaxt sakini Fərahim Qasımov olub.
Məlumata görə, Xəzər rayonu Bakı-Buzovna yolunda Bakı şəhər sakinləri 1971-ci il təvəllüdlü Teymur İsmayılovun idarə etdiyi «Azsamand» markalı və Fərahim Qasımovun idarə etdiyi «QAZ-24» markalı avtomobillər toqquşub, nəticədə hər iki avtomobil tam yanıb. F.Qasımov yanaraq ölüb, T.İsmayılov isə xəsarətlə 3 saylı xəstəxanaya yerləşdirilib.