Bakıda avtomobilin vurduğu şəxs 5 gün yaşadı
12 oktyabr 2015 13:43 (UTC +04:00)

Bakıda avtomobilin vurduğu şəxs 5 gün yaşadı

0

Bakıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış şəxs ölüb. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 5-də Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini Teymur Süleymanov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən paytaxt sakini Ruslan Yuraveli vurub. Xəstəxanaya yerləşdirilmiş R.Yuravel oktyabrın 10-da orada ölüb.

 

Xətai RPİ tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 354

Oxşar yazılar