Bakıda faciəvi şəkildə ölən qadının kimliyi müəyyənləşdi - <span style="color:red;">YENİLƏNİB
09 noyabr 2017 09:55 (UTC +04:00)

Bakıda faciəvi şəkildə ölən qadının kimliyi müəyyənləşdi - YENİLƏNİB

Ötən gecə Bakının Səbail rayonu ərazisində baş vermiş ağır yol qəzası nəticəsində vəfat edən qadının kimliyi müəyyənləşib. Lent.az xəbər verir ki, 1962-ci il təvəllüdlü Şahbazov Əmrulla Sahlar oğluna məxsus 90 FO 007 dövlət nömrə nişanlı “LandRover”in vurub öldürdüyü qadının 1975-ci ildə anadan olmuş Ələkbərova Könül Elton qızı olması müəyyən edilib.

 

Bildirilir ki, hadisənin baş verdiyi ərazinin yaxınlığında - Dövlət Bayraqı Meydanının qarşısında iki piyada keçidi var. 42 yaşlı Könül Ələkbərova yolun hərəkət hissəsində olarkən sürətlə hərəkət edən avtomobilin altında qalıb. Həmin vaxt maşının sükanı arxasında kimin olması isə hələlik tam dəqiqləşməyib.

 

*****

 

7:55

 

Gecə saatlarında Bakının Səbail rayonu ərazisində piyadanı avtomobil vurub.

 

APA-nın məlumatına görə, nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

 

Yol qəzası Salyan yolu şossesində qeydə alınıb. Təxminən 35-40 yaşlarında olan qadın yolu keçmək istəyərkən onu "Jeep Grand Cherokee" markalı nəqliyyat vasitəsi vurub. Məlumata görə, sürücü yolun qaranlıq olması səbəbindən zərbə anına qədər piyadanı görməyib. Nəticədə qadın tanınmaz şəklə düşüb.

 

Yol nəqliyyat hadisəsinin istintaqını Səbail RPİ-nin istintaqçıları araşdırır. İdarədən ölən qadının şəxsiyyəti və hadisənin təfərrüatları barədə bir məlumat verilməsə də, sürücünün saxlanıldığı bildirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 111
avatar

Nizam Rza

Oxşar yazılar