Zərərçəkənlər orta məktəb şagirdləridir.
Bakı şəhərinin Sabunçu rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Pirşağı qəsəbəsində “VAZ 2106” markalı, 10 KX 214 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Elxan Məmmədov idarəetməni itirib və maşını mağazaya çırpıb. Hadisə vaxtı mağazada olan 10 yaşlı Allahverdiyev Əlövsət Nadir oğlu ölüb. 13 yaşlı Bayramov Vasif Əziz oğlu və Naibov Ayxan Arif oğlu ağır xəsarətlərlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Zərərçəkənlər orta məktəb şagirdləridir. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, yanvarın 15-də Bakıda baş vermiş 4 qəzada ümumilikdə 1 nəfər ölüb, daha 7 nəfər isə xəsarət alıb.