Bakıda avtomatlı şəxs tutulub
21 aprel 2014 11:59 (UTC +04:00)

Bakıda avtomatlı şəxs tutulub

Bakıda qanunsuz silah gəzdirən şəxs polis tərəfindən saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Q.Qarayev prospektində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vasif Camalov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərindən 0,170 qarm heroin və əlində olan idman çantasından 1 ədəd qundağı çıxarılmış AKM markalı avtomat, 2 ədəd sandıq və 108 ədəd 5,45 kalibirli patron götürülüb.

 

Araşdırmalar davam etdirilir.

# 1107
avatar

Nizam Rza

Oxşar yazılar