Bakıda yanğın hadisəsi qeydə alınıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nizami rayonunda vətəndaşlara məxsus hər biri 35 kv.m olan 2 avtomobil ehtiyatı mağazalarının yanar konstruksiyaları və içərisində olan mallar yanıb.
Bitişik digər mağaza yanğından mühafizə olunub. Yanğın saat 22:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.