Bakıda avtobusun vurub öldürdüyü piyadaların adları məlum olub. Lent.az-ın məlumatına görə, 175 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı marşrut avtobusu 1974-cü il təvəllüdlü Cəlilova Təranə Hidayət qızı və 1968-ci il təvəllüdlü Rəhimova Şahnaz Xanış qızını vurub. Hər iki piyada hadisə yerindəcə keçinib.
Qəza zamanı avtobusun yüksək sürətlə hərəkət etdiyi bildirilir.
*****
10:08
Bu gün saat 07 radələrində Bakı şəhərinin Suraxanı rayonu ərazisində sərnişin avtobusu dəhşətli qəza törədib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Hövsan qəsəbəsi ərazisində, Duz gölünün yaxınlığında “Transgeyt” şirkətinə məxsus olan, 10 TE 311 nömrə nişanlı “Daewoo” markalı sərnişin avtobusu iki piyadanı vurub. 175 saylı xətt üzrə hərəkət edən və Hövsandan metronun 28 May stansiyasına doğru hərəkət edən avtobusun vurduğu şəxslər hadisə yerindəcə keçinib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.