Bakıda aptekdən quldurluq yolu ilə pul talayan şəxs saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, fevralın 2-də saat 21:30 radələrində Bakı şəhər sakini Zəkiyyə İsmayılovaya məxsus C.Hacıbəyli küçəsində aptekə daxil olub, bıçaqla Z.İsmayılovanı və orada əczaçı işləyən Almaz Əmirovanı hədələyərək quldurluq yolu ilə kassadan 280 manat pulu talayıb qaçmaqda şübhəli Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Röyal Məmmədov tutulub.
Faktla bağlı araşdırma aparılır.