Bakıda ana faciəsi: oğlunun intihar kəndirini kəsdi
25 noyabr 2013 13:50 (UTC +04:00)

Bakıda ana faciəsi: oğlunun intihar kəndirini kəsdi

Noyabrın 24-də Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Zabrat qəsəbəsi, Ruhulla Axundov küçəsindəki yeni tikilmiş evin həyətində 1994-cü il təvəllüdlü Gökçe Süleyman Ramazan oğlu özünü asaraq intihar edib. S.Gökçenin asılı qalmış meyiti həyətdəki yardımçı tikilidə tapılıb.

 

Lent.az-ın əldə etdiyi məlumata görə, 19 yaşlı S.Gökçenin atası türkiyəlidir. O anası ilə birlikdə Zabrat qəsəbəsində yaşayırmış. S.Gökçe Bakıdakı reklam şirkətlərindən birində fəhlə işləyib. Dünən anası evə gəldikdə oğlunu otaqda tapa bilməyib. Qadın oğlunu evdə tapa bilmədikdə həyətə düşüb və yardımçı tikilidə oğlunun meyitini tapıb. Qadın tez kəndiri kəssə də, artıq gec olub.

 

Faktla əlaqədar cinayət işi açılıb. 19 yaşlı oğlanın intihar səbəbləri araşdırılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8015
avatar

Nizam Rza

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən çıxdı

Bakıda QƏZA: İşıqfor yerindən çıxdı

11 dekabr 2024 , 23:01
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10
Ramiz Tatarovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR

Ramiz Tatarovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR

11 dekabr 2024 , 16:40