Bakıda avtomobil yanıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nərimanov rayonunda vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Oxşar hadisə Gəncə şəhərində də baş verib. Kəpəz rayonunda vətəndaşa məxsus həyətyanı sahədə dayanmış “Mercedes” markalı mınık avtomobilinin mühərrik hissəsi, salonu və 2 ədəd qabaq təkərləri yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.