Bakıda yol qəzası zamanı xəsarət almış piyada 10 gün sonra ölüb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oktyabrın 11-də Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Şahin İsmayılov “Range Rover” markalı avtomaşını idarə edərkən yolu keçən Azər Rəsulovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Rəsulov oktyabrın 21-də ölüb.
Faktla bağlı araşdırma aparılır.