Bakıda “Mercedes”, Hacıqabulda  traktor yandı
19 sentyabr 2015 04:14 (UTC +04:00)

Bakıda “Mercedes”, Hacıqabulda traktor yandı

Bakıda və Hacıqabulda yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Səbail rayonunda vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Hacıqabul rayonu ərazisində isə vətəndaşa məxsus “T-150” markalı kotanlı traktorun yanar hissələri yanıb. Yaxınlıqda olan elektrik dirəyi yanğından mühafizə olunub.

 

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 73
avatar

Oxşar yazılar