Bakıda avtomobil yanıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabunçu rayonunda vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobilinin yük hissəsində elektrik naqilləri və plastmas üzlük yanıb. Avtomobilin qalan hissələri yanğından mühafizə olunub. Yanğın saat 14:36-da söndürülüb.